Yaponiyadakı gəmidə koronavirus daşıyıcıların sayı artmaqda davam edir

Gəmidə (2019-nCoV) koronavirus aşkarlanan sərnişinlərinin sayı 61 nəfərə çatdı

1355344
Yaponiyadakı gəmidə koronavirus daşıyıcıların sayı artmaqda davam edir

Çinin Vuhan şəhərində tapıldıqdan sonra sürətlə yayılan və bu səbəblə Fevralın 3-dən Yaponiyanın Yokohama limanında qalan “Diamond Princess” gəmisinin (2019-nCoV) koronavirus aşkarlanan sərnişinlərinin sayı 61 nəfərə çatdı.

Bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayılıb.

Bildirilib ki, bütün xəstələr Kanaqava prefekturasının tibb müəssisələrinə yerləşdiriliblər. Virusa yeni yoluxanların hansı ölkənin vətəndaşları olduqları açıqlanmır. Daha əvvəl bu gəminin 19 sərnişinində koronavirus aşkarlanıb. Onlar Yaponiya, Çin, ABŞ, Avstraliya və Filipinlər vətəndaşlarıdır. Virus daşıyıcılar xəstəxanalara çatdırılıblar.

Gəmidə təxminən 3 min 700 insan var. Onlar 50-dən çox ölkənin vətəndaşlarıdır.

 



Әlaqәli Xәbәrlәr