Taal vulkanı püskürməyə davam edir

Filippinin paytaxtı Manilanın yaxınlığında yerləşən Taal vulkanın partlaması, iki gündür lava və kül püskürtməyə davam etməsi bölgədən 30 min insanın  məcburi  təxliyəsinə səbəb  oldu.

1340386
Taal vulkanı püskürməyə davam edir

CNN Philippinesin xəbərinə görə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun prezidenti Renato Solidum, Batangas əyalətindəki Taal vulkanında fəaliyyətin davam edəcəyinin proqnozlaşdırıldığını bildirib.

Taal vulkanının lava və kül püskürtməyə davam etdiyiniə diqqət çəkən Solidum vulkan ətrafındakı yaşayış məntəqələrindən 30 min insanın təxliyə edildiyini, fəlakət bölgəsinə yaxın məsafədə yerləşən şəhər və qəsəbələrdə məktəblərdə   tədrisatın dayandırıldığını sözlərinə əlavə edib.

 Qeyd edək ki, bölgədən əldə edilən məlumata görə Partlayış səbəbiylə Manila beynəlxalq hava limanının 240 qədər daxili və beynəlxalq reysləri də müvəqqəti olaraq təxirə salınıb.



Әlaqәli Xәbәrlәr