Dünyanın әn qәdim daşlaşmış ağac qalığı aşkar edilib

Dünyanın әn qәdim daşlaşmış  ağac qalıqları ABŞ-ın Nyu-York şәhәrindә aşkar edilib.

1326946
Dünyanın әn qәdim daşlaşmış ağac qalığı aşkar edilib

 

 

Dünyanın әn qәdim daşlaşmış  ağac qalıqları ABŞ-ın Nyu-York şәhәrindә aşkar edilib.

BBC-nin yaydığı mәlumata görә, 186 milyon illik ağacın qalıqları Nyu-Yorkun Cairo qәsәbәsindәki tәrk edilmiş bir mәdәndә tapılıb.

İngiltәrәnin Kardif Universiteti, ABŞ-ın Binqhamton Universiteti vә Nyu-York Muzeyinin Hudson vadisindә yerlәşәn Katskill dağlarının әtәklәrindә 10 ildir apardığı tәdqiqat nәticәsindә bölgәdәki  meşәlik sahәnin 3 min kvadrat metrlik hissәsinin xәritәsi hazırlanıb.

Alimlәr meşədə aşkar edilәn iki ağac növünü  ‘‘Cladoxylopsids’’ və ‘‘Archeopeopis’’ adlandırıb.   

Mәdәnin sәthindә balıq qalıqları da aşkar edәn alimlәr meşәnin daşqınlar nәticәsindә məhv  ola bilәcәyini qeyd edib.



Әlaqәli Xәbәrlәr