“Sidə Sualtı Muzeyi”ni  ziyarət edənlərin sayı 50 minə  çatdı

Türkiyənin ilk sualtı muzeyi olan “Sidə Sualtı Muzeyi”, 117 heykəldən ibarət olan koleksiya  ilə  dalğıcları mavi sularda əfsanəvi səyahətə  dəvət edir.

1299950
“Sidə Sualtı Muzeyi”ni  ziyarət edənlərin sayı 50 minə  çatdı
side sualti
side sualti

İstanbul və Marmara, Egey, Aralıq dənizi, Qara dəniz Bölgələri Gəmi Ticarət Palatasının Antalya şöbəsi tərəfindən Manavqat qəsəbəsində inşa edilən “Sidə Sualtı Muzeyi” 31 Oktyabr 2015 tarixində açıldı.  Muzeyi  açıldığı gündən bəri 50 minə qədər insan  mavi sulara  dalaraq ziyarət edib.  

Anadolu sivilizasiyasının zənginliyini əks etdirən 117 heykəlin nümayiş etdirildiyi muzey, Sidədən təqribən 1,5 mil məsafədə, 11, 18 və 24 metr dərinlikdə yerləşir.

Sidə Sualtı Muzeyi Meksikadakı 400 heykəldən  təşkil  tapan  muzeydən  sonra   117 heykəl ilə dünyada ikinci  sırada iştirak  edir.



Әlaqәli Xәbәrlәr