Britaniyada küçǝlǝrdǝ ölən  evsizlərin sayı artır

Böyük Britaniya və Uelsdə küçələrdə həyatını itirən evsizlərin sayında son 7 ildə rekord seviyyədə artım qeydə alınıb.

1295722
Britaniyada küçǝlǝrdǝ ölən  evsizlərin sayı artır

B. Britaniya Milli Statistika İdarəsi (ONS)-nin İngiltərə və Uelsdə küçələrdə ölən evsizlərin sayına dair hazırladığı hesabata görə 2013-2019-cu illər arasında evləri olmadığı üçün küçələrdə qalan insanlardan 3 min 353-ü həyatını itirib. Bildirilib ki, ölən bu insanların 88%-ni kişilər təşkil edir. Ölkənin paytaxtı London evsizlǝrin ən çox qaldığı şəhər olaraq qeydə alınıb.

Kişilərin orta ömrünün 76, qadınların 81 olduğu ölkədə evsiz kişilərin orta ömrü 45, evsiz qadınların isə 43 olduğu müəyyənləşdirilib.

İngiltərə Parlamentinin Sosial Hesablar Komitəsinin 2017-ci ildə yaydığı

hesabata görə Böyük Britaniyada təxminən 10 min insan küçələrdə, 120 min

uşaq isə müvəqqəti sığınacaqlarda yaşayır. Təxminən 90 min ailə dǝ

bələdiyyələrin müvəqqəti sığınacaqlarda qalır.

Məcburiyyətdən dostu və ya qohumunun evində qalan qeydiyyata alınmamış evsiz insanların ölkədəki toplam sayının isə 3 milyondan çox olduğu təxmin edilir.



Әlaqәli Xәbәrlәr