42 kəllə, yanında sümük parçaları və bir bankanın içində döl tapıldı

Ölkə mətbuatında yayılan xəbərlərə görə, əməliyyat polislər tərəfindən həyata keçirilib.

1296180
42 kəllə, yanında sümük parçaları və bir bankanın içində döl tapıldı

 

  Meksikanın paytaxtı Mexikoda təşkil edilən əməliyyat zamanı 42 kəllə, yanında sümük parçaları və bir bankanın içində döl tapılıb.

  Ölkə mətbuatında yayılan xəbərlərə görə, əməliyyat polislər tərəfindən həyata keçirilib.

  Mexikonun Tepito səmtində narkotik şəbəkəsinin olduğu bir yerə təşkil edilən əməliyyat zamanı 42 kəllə, yanında sümük parçaları və bir bankanın içində döl ortaya çıxıb.

  Məsələylə bağlı 31 nəfər nəzarətə alınıb, daha sonra bunlardan 27-si buraxılıb.

  Prokurorluqdan verilən məlumata görə, kəllələrdən 4-ü bir qurbangahın ətrafında yan-yana düzülmüş şəkildə tapılıb.

  Hadisə ilə bağlı istintaq başlayıb.



Әlaqәli Xәbәrlәr