Hindistanda elektron siqaret qadağan edildi

Hindistan maliyyə naziri Nirmala Sitharaman mövzu ilə bağlı açıqlamasında elektron siqaretin qadağan edilməsini nəzərdə tutan qərarın kabinetdə təsdiq etdiyini bildirib.

1272002
Hindistanda elektron siqaret qadağan edildi

Hindistan mətbuatında Maliyyə nazirinə istinad edilən xəbərlərdə bildirilib ki, Nazirlər Kabineti elektron siqaretin qadağan edilməsini nəzərdə tutan qərarı təsdiq edib. Beləcə ölkədə elektron siqaretin istehsalı, idxalı və ixracı, daşınması, satışı, paylanması, saxlanması və reklamı qadağan edildi. Qərar prezident Ram Nath Kovind tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Səhiyyə naziri Harsh Vardhan isə qərar qüvvəyə mindikdən sonra siqaret və ya oxşar cihazları saxlayanlar 6 ay həbs cəzası və ya 700 dollar cərimə ilə üzləşəcəklər deyib.



Әlaqәli Xәbәrlәr