Almaniyada avtomobillərdə siqaret çəkməyin qadağan edilməsi təklif edildi

Almaniyada  salonunda uşaq və hamilələrin olduğu avtomobillərdə siqaret çəkməyin qadağan edilməsi təklif edildi. Təklif Şimali-Reyn Vestfal və Aşağı Saksoniya əyalətlərindən gəldi.

1267918

 Aşağı Saksoniya əyalətinin səhiyyə naziri Karola Reymann (Carola Reimann) Hannover şəhərində verdiyi açıqlamada Şimali-Reyn Vestfal əyalətinin bu təşəbbüslə çıxış etdiyini qeyd edərək:"Uşaqların və hamilə qadınların olduğu avtomobillərdə siqaret çəkilməsi qadağan olunmalıdır"dedi.

 Reymann bu istiqamətdə hüquqi tənzimləmənin həyata keçirilməsini tələb etdiklərini söylədi, digər əyalətləri də bu təşəbbüsə qoşulmağa çağırdı.

Şimali-Reyn Vestfal əyalətinin səhiyyə naziri Karl-Yozef Laumann (Karl-Josef Laumann) da uşaqlar və hamilə qadınlar avtomobildə olarkən siqaret çəkilməsinin məsuliyyətsiz bir davranış olduğunu bildirdi, dövlətin onaları qorumalı olduğunu vurğruladı.

Məlumatlara görə, Şimali-Reyn Vestfal əyalət hökumətinin məsələ ilə bağlı hazırladığı qanun layihəsi sentyabrın 20-də Federal Əyalətlər Nümayəndələr Məclisinə (Bundesrat) təqdim ediləcək, daha sonra komissiyalarda müzakirə olunacaq.

Әlaqәli Xәbәrlәr