50 il əvvəl yazılan şüşədəki məktub

ABŞ-ın Alyaska ştatında Rusiya hərbi dəniz donanması zabitlərindən biri tərəfindən 50 il əvvəl yazılıb şüşəyə qoyalan məktub tapıldı.

1254529
50 il əvvəl yazılan şüşədəki məktub

ABŞ-ın Alyaska ştatında Rusiya hərbi dəniz donanması zabitlərindən biri tərəfindən 50 il əvvəl yazılıb şüşəyə qoyalan məktub tapıldı.

Şişmaref şəhərində ovçuluq üçün odun və ağac yığan Tyler İvanoff şüşə içərisində bir məktub tapdı.

İvanoff məktubun rus dilində olduğunu və oxuya bilmədiyi üçün onu sosial media hesabında paylaşdığını bildirərək, rusca bilən yoldaşları vasitəsilə məktubun 1969-cu ilin 20 iyun tarixində rus zabit Anatoly Botsanenko tərəfindən yazıldığını ortaya çıxardıqlarını söyləyib.

Məktubdan xəbər tutan Rusiyanın "Rusiya-1" dövlət kanalı məktubun sahibi Botsanenkonu tapdı.

Botsanenkonun məktubun özünün olduğuna şübhə ilə yanaşdı, ancaq imzasını görəndən sonra inandı.

Məktubu yazarkən 36 yaşında olan və Sulak adlı gəmidə işləyən Botsanenkonun məktubu tapan şəxsin ona cavab yazması üçün məktubuna adresini əlavə etdiyi bildirildi.  



Әlaqәli Xәbәrlәr