Günahsız məhbusa 1,3 milyon dollar təzminat ödənəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında 26 il həbsdə qaldıqdan sonra günahsız olduğu məlum olan şəxsə 1,3 milyon dollar təzminat ödəniləcək.

1253677
Günahsız məhbusa 1,3 milyon dollar təzminat ödənəcək

Ştat Prokuroru Dana Nesselin açıqlamasına görə 1985-ci ildə həyat yoldaşı və iki qızının ölümü ilə nəticələnən evindəki yanğının çıxmasına səbəb olmaqda ittiham edilərək 1986-2012 arasında həbs olunan 61 yaşlı Davi Qavitt adlı şəxsin hadisə ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Prokuroru bildirib ki, aparılan araştırmalar nəticəsində Qavittin yanğına səbəb olduğuna dair dəlillər etibarını itirib. Onun sözlərinə görə heç bir sistem mükəmməl deyil. Qavittin cəmiyyətə uyğunlaşmasının asan olmadığının idrakında olduqlarını ifadə edən Prokuror bu qədər uzun müddət həbsdə olan birinə kompensasiya ödəməyin vacib olduğuna diqqət çəkib. Qanunlara görə həbs edilmiş günahsız birinə türmədə qaldığı hər il üçün 50 min dollar ödənilbiləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr