Belçikada havanın temperaturu 40 dərəcəyə yaxınlaşdı

Belçikada havanın temperaturunun 40 dərəcəyə yaxınlaşması səbəbindən "qırmızı" həyəcan siqnalı elan edildi.

1241658
Belçikada havanın temperaturu 40 dərəcəyə yaxınlaşdı
belcika sicaklik cocuklar.jpg

Belçikada havanın temperaturunun 40 dərəcəyə yaxınlaşması səbəbindən "qırmızı" həyəcan siqnalı elan edildi.
 
 Bu barədə məlumatı Belçika Krallığı Meteorologiya İnstitutu (RMI) rəsmi "Twitter" hesabından bölüşdü. 

Məlumatda əlaqədar qurumlarla məsləhətləşmələrdən sonra yüksək dərəcəli temperatura görə də ölkə daxilində "qırmızı" həyəcan siqnalı verildiyi bildirildi.
 
 Beləliklə, ölkədə həyəcan səviyyəsi ilk dəfə "narıncı"dan "qırmızı"ya yüksəldi.
 
Belçika Krallığı Meteorologiya İnstitutu əhalini yüksək temperaturlu havada tədbirli olmağa çağırdı.

 İsti günlərdə orqanizmin maye itkisinin qarşısının alınması üçün bol su qəbulu, birbaşa günəş şüalarına məruz qalınmaması üçün açıq havadakı fəaliyyətlərin minimuma endirilməsi tövsiyə edildi.
 
 Ölkədə "qırmızı" həyəcan siqnalı şənbə günü gecə yarısı ləğv olunacaq.



Әlaqәli Xәbәrlәr