Efiopiyada xolera qurbanları artır

Paytaxt Əddis başda  olmaqla Oromiya, Amxara və Tiqray əyalətlərində  525 nəfər xolera epidemiyasına  yoluxub.

1217065
Efiopiyada xolera qurbanları artır

Bu barədə Efiopiya Xalq Sağlamlığı İnstitutunun direktor müavini Beyene Moges yerli mətbuat mənsublarına açıqlamasında məlumat verib.

Beyene Moges: “Bu günə qədər 16 adam xəstəlikdən həyatını itirib. Xəstəliyin sürətlə yayıldığı bölgələrə təcili dava-dərman və tibbi ləvazimat göndərildi”.

Mogesin sözlərinə görə həyatını itirənlərin əksəriyyəti Amhara bölgəsində olub.

Qeyd edək ki, xolera əsasən içməli su və təmiz olmayan su ilə yuyulmuş meyvələrdən  yoluxur.



Әlaqәli Xәbәrlәr