Avstriya təhsil sistemində ayrı-seçkilik hadisələri

Avstriya Təhsildə Ayrı-Seçkiliyə Qarşı Birlik Dərnəyinin (İDB) hesabatına görə...

1216812
Avstriya təhsil sistemində ayrı-seçkilik hadisələri

  Avstriya təhsil sistemində 2017-ci ildə sayı 173 olan ayrı-seçkilik hadisəsi 2018-ci ildə 50,28 faiz artaraq 260 olub.

  Avstriya Təhsildə Ayrı-Seçkiliyə Qarşı Birlik Dərnəyinin (İDB) hesabatına görə, ölkədə 2018-ci ildə ayrı-seçkilik hadisələri əvvəlki ilə nisbətən 50,28 faiz artıb.

  Təhsil sistemində dini, cinsi, mədəni, etnik mənşə və bənzəri səbəblərə görə ayrımçılığa məruz qalan müəllim və tələbələrlə üç ildir çalışan İDB dərnəyi mütəxəssis fikirləri və zərər çəkənlərin söylədikləri əsasında hesabat tərtib edib.

  Hesabatda bildirilir ki, məktəblərdə ayrı-seçkilik hadisələrinin 48 faizi din və dünyagörüşlərlə, 45 faizi etnik mənşə və dəri rənginə görə, 5 faizi əngəlli insanlar, 2 faizi isə cinsiyyət məsələsilə bağlıdır. Din və dünyagörüşü ilə ayrı-seçkilik yaşayanların 97 faizi müsəlmanlardır.



Әlaqәli Xәbәrlәr