Qəsəbədə dedi-qodu qadağan edildi

Cənubi Asiya ölkələrindən Filippinin paytaxtı Manilanın şimalında yerləşən Binolonan qəsəbəsində dedi-qodu etmək qadağan olunub.

1193612
Qəsəbədə dedi-qodu qadağan edildi

Məlumata görə qəsəbənin bələdiyyə sədri Roman Quiso dedi-qodu səbəbi ilə insanların arasında davaların artdığını ifadə edərək: “Buna görə də, bələdiyyə məclisi belə bir qadağanın tətbiq olunmasına qərar verib. Dedi-qodunun müxtəlif növləri olur. Ancaq, burada əsasən mülk, pul və münasibətlər haqqında dedi-qodu edilirdi. Artıq dedi-qodu edərkən və ya başqalarına böhtan atarkən tutulan şəxslər 200 Filippin pesosu məbləğində cərimə ediləcək. Həmçinin, 3 saat zibilləri yığma cəzası veriləcək. Həmin insanlar ikinci dəfə dedi-qodu edərkən tutularsa, 1000 Filippin pesosu məbləğində cərimələnəcək və ya 8 saat məişət xidməti göstərəcək”.



Әlaqәli Xәbәrlәr