Facebook İrqçilərin hesablarını ləğv etdi

Facebook İngiltərədəki irqçilərin, bəzi təşkilatların və çox sayda adamın hesabını bağladı. Buna bölüşdükləri düşmənçilik və kin-küdrəti artıran yazıları səbəb göstərilib.

1186062
Facebook İrqçilərin hesablarını ləğv etdi

Facebookdan yayılan şərhə görə, aralarında İngilis Milli Partiyası, Əvvəl İngiltərə, İngilis Müdafiə Liqası, Beynəlxalq Məbəd mübarizəçiləri, Milli Cəbhənin iştirak etdiyi irqçi qrupların hesablarının ləğv edildiyi bildirilib.

Bu təşkilatlarla əlaqəli irqçi liderlərin səhifələrini də bağlayan Facebookun şərhində qərarın "şiddət və ya nifrətamiz ifadələrin və şiddətə üz tutanların fəaliyyətlərinin qarşısının alınmasını nəzərdə tutan siyasət" çərçivəsində qəbul edildiyinə diqqət çəkilib. Belə şəxs və təşkilatların Facebookda ola bilməyəcəklməri vurğulanıb. Siyahıya daxil edilənlərin eyni vaxtda İnstaqram hesabları da bağlanıb. Qeyd edək ki, İnstaqram, Facabookun nəzarətindədir.



Әlaqәli Xәbәrlәr