Dünyanın ən nəhəng təyyarəsi havaya qalxdı

250 ton yükdaşıma gücünə malik olan və kosmos araşdırmalarında istifadə edilmək üçün hazırlanan təyyarə raketləri təxminən 10 kilometr hündürlüyə qaldırıb oradan kosmosa ataraq peyklərin orbitə daha uyğun və səmərəli şəkildə daşınmasını təmin edəcək.

1182937
Dünyanın ən nəhəng təyyarəsi havaya qalxdı

Dünyanın ən böyük təyyarəsi "Roc" havaya qalxdı.

  Raketatma şirkəti “Stratolaunch” tərəfindən inkişaf etdirilən 117 metr qanad açıqlığına malik 226 tonluq “Roc” adlı təyyarə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatındakı Moxave (Mojave) hava limanından ilk sınaq uçuşunu həyata keçirib.

  “Stratolaunch” şirkətinin kosmos araşdırmaları məqsədilə inkişaf etdirdiyi, cüt gövdəsi və 6 ədəd “Boeing 747” mühərriki olan təyyarənin aprelin 14-də həyata keçirdiyi ilk uçuşunun videosu da yayımlanıb.

  Uçuş 150 dəqiqə davam edib, sonra təyyarə təhlükəsiz şəkildə yerə enib.

  “Stratolaunch”un icraçı direktoru Jan Floyd verdiyi açıqlamada: "Şəxsən mənə bu nəhəng quşun uçuşunu izləmək çox zövqverici və romantik anlar yaşatdı", - deyib.

  Qeyd edək ki, 250 ton yükdaşıma gücünə malik olan və kosmos araşdırmalarında istifadə edilmək üçün hazırlanan təyyarə raketləri təxminən 10 kilometr hündürlüyə qaldırıb oradan kosmosa ataraq peyklərin orbitə daha uyğun və səmərəli şəkildə daşınmasını təmin edəcək.



Әlaqәli Xәbәrlәr