Orta ömür həddi 5.5 il artdı

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə 2000-2016 illəri arasında ömür həddi orta hesabla 5,5 artaraq 72-yə yüksəlib.

1177785
Orta ömür həddi 5.5 il artdı

Hesabatda bildirilir ki, ömürün yüksəlməsində insanların rifah seviyyələri və gəlirləri ən təsirli ünsürlər hesab edilir. Gəlir seviyyəsi az olan ölkələrdə ömür həddi, gəliri yüksək olan ölkələrə müqayisədə 18,1 il daha azdır.

Hesabata görə 2019-cu ildə 73 milyonu erkək və 68 milyonu kız olmaqla 141 milyon körpə dünyaya gələcək. Orta hesaba görə bu erkəklər 69,2 il və qızlar isə 74,2 il yaşayacaqlar. Bildirilir ki, aparılan araştırmalara görə ölkələr arasında ortalama ömür uzunluğu Yaponiyada 84, İsveçrədə isə 83, Lesoto və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə 52-53-dür. Hesabatda qadınların kişilərə görə daha uzun ömürlü olduqlarına diqqət çəkilir.

 



Әlaqәli Xәbәrlәr