Arxeoloqlar ölümsüzlük  iksiri tapdı

Çində arxeoloqlar içində məhlul olan bürünc küzə tapıblar.

1156479
Arxeoloqlar ölümsüzlük  iksiri tapdı

Araşdırmaçı   arxeoloqlar   eramızdan əvvəl 202-ci il –8-ci illərində hökmran olan Qərb Xan xanədanlığına aid tapıntı "ölümsüzlük iksiri" adlandırıblar.

Küzə Xenan əyalətinin Loyan şəhərində antik məzarlıqda qazıntılar zamanı tapılıb. Küzədə 3,5 litr miqdarında içki olub. Laboratoriya təhlillərinə görə, məhlulun tərkibi kalium nitrat və alunitdən ibarətdir.

Qeyd  edǝk  ki,  Qədim Çində bu mǝhlulların insan ömrünü uzatdığı hesab edilirdi.

Loyan Şi Tsiaçhen şəhərinin Mədəni İrs və Arxeologiya İnstitutunun rəhbəri  tapıntı  ilǝ  bağlı: “Bu əfsanəvi tapıntı ölkəmizdə ilk dəfə aşkar edilib. Kəşf qədim metodları öyrənmək üçün çox əhəmiyyətlidir".

Mütəxəssisin sözlərinə görə, fakt Çin sivilizasiyanın təkamülü və xronologiyası ilə əlaqəli elmi problemlərin həlli üçün əhəmiyyətlidir.

Tədqiqatçılar həmçinin keramik türbədə nifrit və mis maddələrdən hazırlanmış məhsullar tapıblar.

Ancaq hələlik 210 kvadratmetrlik bir ərazidə olan bir qəbirdə dəfn edilmiş adamın kim olduğu müəyyən edilməyib. Unikal tapıntılar göstərir ki, o, qədim Çində aristokrat təbəqənin nümayəndəsidir.



Әlaqәli Xәbәrlәr