Ən varlı 400 amerikalının sərvəti 150 milyon nəfərin sərvətindən çoxdur

Kaliforniya Universitetinin iqtisadçısı Qabriel Zucman (Gabriel Zucman ) tərəfindən hazırlanan "Dünyadakı Bərabərsizlik Bazası" adlı hesabatında, ABŞ-ın  zəngin tәbәqәsi  ilə  әhalinin yoxsul tәbәqәsi  arasındakı fərqin daha da artdığı vurğulanıb.

1142622
Ən varlı 400 amerikalının  sərvəti 150 milyon nəfərin sərvətindən çoxdur

Sərvət bərabərsizliyi barədə aparılan bir araşdırmaya görə, 1980-ci ildən bu yana ən varlı 400 amerikalının sərvəti üç dəfə artıb.
 

Kaliforniya Universitetinin iqtisadçısı Qabriel Zucman (Gabriel Zucman ) tərəfindən hazırlanan "Dünyadakı Bərabərsizlik Bazası" adlı hesabatında, ABŞ-ın  zəngin tәbәqәsi  ilə  әhalinin yoxsul tәbәqәsi  arasındakı fərqin daha da artdığı vurğulanıb.
 

Hesabatda, ABŞ əhalisinin 0,00025%-ni təşkil edən ən zəngin 400 amerikalının sərvətinin ölkə əhalisinin 60%-ni təşkil edən  әn yoxsul təbəqəsinә üzv  150 milyon nəfərin sərvətindən daha çox olduğu vurğulanıb.
 

Hesabata görə, sözügedən 60%-lik ən yoxsul  təbəqənin ölkə sərvətində payı 1987-də 5,7% ikən 2014-də 2,1%-ə geriləyib.
 

Qabriel Zucman hesabatında, zənginlərin sərvətlərinə avtomobil, mebel kimi şəxsi əşyaların sayının daxil edilməsinin çətin olduğunu qeyd edərək,"Bir çoxu sərvətlərini "offshore"larda gizlətdiyindən son on ildə ultra varlıların həqiqi sərvətlərini müəyyən etmək çətinləşib" deyib. 
 

Hesabatda  sərvətin kiçik bir qrupun əlində yığılması sәbәbindә  yoxsul və orta tәbәqәyә üzv ailələrdəki təhlükəsizlik hissinin tükәndiyi bildirilib.

 

Hesabatda qeyd edilib ki, zənginlər hər ötən gün siyasətə daha çox təsir



Әlaqәli Xәbәrlәr