İstanbulun sualtı zənginliyi dünyaya tanıdılacaq

İstanbul Böyük Şəhər Bələdiyyəsinin Turizm İdarəsi  "İki dəniz bir şəhər: İstanbula su altından baxış" adlı sənədli film ilə İstanbulun sualtı sərvətlərini dünyaya tanıdacaq.

1142962
İstanbulun sualtı zənginliyi dünyaya tanıdılacaq
istanbul'un su alti zenginligi3.jpg
istanbul'un su alti zenginligi2.jpg
istanbul'un su alti zenginligi1.jpg

 İstanbul Böyük Şəhər Bələdiyyəsinin Turizm İdarəsi  "İki dəniz bir şəhər: İstanbula su altından baxış" adlı sənədli film ilə İstanbulun sualtı sərvətlərini dünyaya tanıdacaq.

Səndəli filmin çəkilişləri zamanı 52 gündə 33 fərqli nöqtədə 100-dən sualtı çəkilişlər aparılıb.
 
 İstanbul Böyük Şəhər Bələdiyyəsinin verdiyi məlumata görə, sənədli filmin premyerası 12 fevral, çərşənbə axşamı günü Camal Rəşid Rey Konsert Salonunda təşkil olunacaq. 
 
 İstanbulun gizli qalmış sualtı sərvətlərindən bəhs edən sənədli film Səid Özgür Gedikoğlu tərəfindən ekranlaşdırılıb. Filmin quruluşçu rejissoru isə Rəcəb Şəndir.
 
 Sənədli film İstanbulun sualtı dünyasının flora, fauna və ekosisteminin hərtərəfli texniki araşdırmalar nəticəsində əldə olunan məlumatlar əsasında hazırlanıb.
 
 İstanbul Böyük Şəhər Bələdiyyəsi  bu sənədli filmlə İstanbulun sualtı turizmini, flora və faunasının müxtəlifliyini və  sahib olduğu sualtı zənginliyini dünyaya tanıtmağı və sualtı canlı növlərinin qorunması üçün fərqindəlik formalaşdırmağı hədəfləyir.
 
 Bu sahədə ilk dəfə çəkilən sənədli film bundan sonrakı tədqiqatlara mənbə olması baxımından da əhəmiyyət daşıyır.
 
 Layihə çərçivəsində sualtı çəkilişlər Səlimpaşa, Bəylikdüzü, Büyükçəkməcə, Küçükçəkməcə, Florya, Yeşilköy, Yedikule, Körfəz, Sarayburnu, Qız Qalası, Dolmabaxça, Ortaköy, Çəngəlköy, Baltalimanı, Emirgan, İstinye, Tarabya, Beykoz, Rumeli Fənəri, Anadolu Fənəri, Kilyos, Qaraburun, Şile, Moda, Caddəbostan, Maltəpə, Yelkənkaya, Madam Martha, Sivri ada, Heybəli ada, Böyük ada Qurşunburnu, Balıqçı adası və Tuzlada peşəkar sualtı çəkiliş komandası tərəfindən aparılıb.



Әlaqәli Xәbәrlәr