ABŞ "Huawei" şirkətini  ittiham  etdi

ABŞ "Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

1134860
ABŞ "Huawei" şirkətini  ittiham  etdi

Bu  barədə  CNN   telekanalı   ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən  məlumat  yayıb.  Bildirilib  ki, “Bu gün biz telekommunikasiya nəhəngi olan "Huawei" və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik".

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, "Huawei" "T-Mobile" şirkətinin kommersiya sirlərini oğurlamağa cəhddə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sankisyaları pozmaqda ittiham olunur.

Bundan əlavə, Maliyyə Nazirliyi "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı da rəsmi ittiham irəli sürüldüyünü elan edib.



Әlaqәli Xәbәrlәr