Nyu-Yorkda 238 milyon dollara mənzil satıldı
Məlumata görə, 79 mərtəbəli binanın inşaatı hazırda davam edir.
1133287
ABŞ-ın Nyu-York şəhərindəki göydələnlərdən birinin ən üst mərtəbəsi 238 milyon dollara satılıb.
Məlumata görə, 79 mərtəbəli binanın inşaatı hazırda davam edir.
Məlumata görə, mənzili “Citadel” investisiya fondunun qurucusu Ken Qriffin alıb. O, bununla da ABŞ-da bir mənzilə ən çox pul ödəyən şəxs kimi yeni rekorda imza atıb.
Bundan öncəki rekord isə Barri Rosenşteynə məxsus idi. O, 2014-cü ildə bir mənzil üçün 137 milyon dollar ödəmişdi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən uzun bageti
140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb