Avtomobillərdə elektik enerjisi dövrü başladı

Çin Xalq Respublikasının Sıncın şəhərində fəaliyyət göstərən qeydiyyatlı taksilər elektrik enerjisi ilə işliyən maşınlar ilə əvəz edilib. Şəhərdə taksilərin 99% elektrik enerjisi ilə işləyən maşınlardan ibarətdir.

1121253
Avtomobillərdə elektik enerjisi dövrü başladı

Sıncın Bələdiyyəsi Nəqliyyat Komitəsi, 2019 etibarilə şəhərdə taksi kimi fəaliyyət göstərən 21 min 689 maşın ələktrik enerjisiylə işləyən avtomobilə çevrildiyini bildirib.

Ölkənin əhəmiyyətli texnologiya və ticarət mərkəzlərindən hesab edilən və 12,5 milyon əhalisi olan şəhər, şimalda yerləşən və 4,3 milyon əhalisi olan Taiyuan şəhərindən sonra taksiləri elektrikli avtomobilə çevirən ikinci böyük şəhər hesab edilir.

Elektrik enerjisi ilə çalışan avtomobil istifadəsi ilə karbon emissiya miqdarının 850 min ton azaldılması məqsəd götürülüb.

Çində hava çirkliliyinin qarşısını almaq və alternativ enerji işləri çərçivəsində kütlevi nəqliyyatda elektrikli avtomobillərin istifadəsini yayğınlaşdırma fəaliyyətləri çərçivəsində 2017-ci ildən bəri, Sıncında daxili marşurut avtobusların hamısında  elektrik enerjisindən istifadə edirlər.

 



Әlaqәli Xәbәrlәr