Vladimir Putin cari il ən çox prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin cari il ən çox prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

1115525
Vladimir Putin cari il ən çox prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin cari il ən çox prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Putin ilə Ərdoğan il ərzində 19 dəfə telefonla danışıblar.

“Komsomolskaya Pravga” qəzetində jurnalist Dmitry Smirnov Putinin bu il hansı liderlə neçə dəfə görüşdüyünü yazıb.

Putinin mobil telefonunun olmadığına və bütün danıqışlarını xüsusi  xətdən sabit telefon vasitəsilə apardığına diqqət çəkən Smirnov ona birbaşa zəng edən şəxslərin az olduğunu, ancaq təcili vəziyyətlərdə istisnaların olduğunu vurğulayıb.

Məlumata görə, Putinin iştirak etdiyi tədbirlərin keçiriləcəyi məkanlara əvvəldən xüsusi telefonlar bağlanır. Misal üçün bir il əvvəl Putin “Komsomolskaya Pravga” qəzetinə gəldiyi zaman da bu xüsusi telefon xətti hazır idi. Putin buradan prezident Rəcəb Tayyib Ərdoğan ilə danışmışdı.

Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə 11, İsralin baş naziri Binyamin Netanyahu ilə 10, Almaniya kansleri Angela Merkel ilə 8 dəfə telefonla danışıb.



Әlaqәli Xәbәrlәr