Amerikalıların böyük şəhərləri tərk etmələrinin səbəbi nədir?

ABŞ-ın ən böyük şəhərləri arasında yer alan Çikaqo, Nyu-York və Los Ancelesin əhali sayı azalır.

1113784
Amerikalıların böyük şəhərləri tərk etmələrinin səbəbi nədir?

ABŞ-ın ən böyük şəhərləri arasında yer alan Çikaqo, Nyu-York və Los Ancelesın əhali sayı azalır.

 ABŞ-da Əhali Statistikası üzrə İdarənin 2017-ci ilə məxsus məlumatına əsasən, böyük şəhərlərdə əhali sayının azalmasının səbəbi daxili və xarici köçlərdir.

 Rəsmi məlumatlara görə, 2014-ci ildə 105 min 219 adamın köç etdiyi Çikaqonu tərk edənlərin sayı 2017-ci ildə 155 min 820-yə çıxıb.

 2014-ci ildə əhalisinin 43 min 866 nəfərini itirən Nyu-Yorku isə, 2017-ci ildə 131 min 560 nəfər tərk edib.

 2014-ci ildə 12 min 392 adamın köç etdiyi Los Ancelesdə isə tendensiya tərsinə dönüb və 2017-ci ildə 127 min 630 nəfər mələklər şəhərini tərk edib.

 Köç edənlərin böyük əksəriyyətini illik gəliri 30 min ilə 60 min dollar arasında dəyişən orta sinif vətəndaşlar təşkil edir.

Köç etmə səbəblərinin başında isə bahalıq, yüksək vergilər və ödəniş artımlarının məhdud qalması gəlir.



Әlaqәli Xәbәrlәr