Turist sayı rekord həddə çatdı

2018-ci ilin ilk ayında Türkiyə 41 milyondan çox turistə ev sahibliyi etdi.

1098078
Turist sayı rekord həddə çatdı

Mədəniyyət və Turizm Nazirliyinin bu barədə verdiyi açıqlamada bildirilib ki, 2018-ci ilin ilk 10 ayında Türkiyəyə gələn turist sayı ötən ilin müvafiq dövrünə görə 22,43% artaraq 35 milyon 571 min 419 nəfərə çatıb.

Türkiyə Statistika Komitəsinin hesabatında isə, xaricdə yaşayan 5 milyon 217 min 193 Türkiyə vətəndaşıyla yanaşı ilin ilk 9 ayında Türkiyəni ziyarət edənlərin sayı 41 milyonu ötüb.

Məlumata görə Türkiyəyə ən çox Rusiyadan turist gəlib. Bu ölkədən gələnlərin sayı ötən ilə müqayisədə 16,09% artımla 5 milyon 724 min 672 nəfər olub. Bu ölkəni isə 11,68% artımla Almaniya izlərkən, 6,07% artımla Böyük Britaniya üçüncü sırada iştirak edib. Bu ölkəni də Bolqarıstan və Gürcüstan izləyib.

2018-ci ilin oktyabr ayında isə Türkiyəni 3 milyon 755 min 467 xarici turistin ziyarət etdiyi qeydə alınıb. Bu da ötən ilin müvafiq ayına müqayisədə 25,48% artım olduğunu göstərir.



Әlaqәli Xәbәrlәr