Mersin VI Beynəlxalq Sitrus Festivalı

Çox sayda yerli və xarici qonağın iştirak etdiyi festivalda Mersin Təkmilləşmə İnstitutunun (Mersin Olgunlaşma Enstitüsü) təşkilatçılığı ilə sahildə dəfilə keçirilib.

1090098
Mersin VI Beynəlxalq Sitrus Festivalı

 Türkiyənin Mersin şəhərində VI Beynəlxalq Sitrus Festivalında (Uluslararası Narenciye Festivali) təşkil olunan dəfilədə sitrus meyvələri motivlərilə işlənən libaslar da sərgilənib.

  Çox sayda yerli və xarici qonağın iştirak etdiyi festivalda Mersin Təkmilləşmə İnstitutunun (Mersin Olgunlaşma Enstitüsü) təşkilatçılığı ilə sahildə dəfilə keçirilib.

  Sitrus ağaçları arasından yeriyən monekenlər limon, portağal, naringi və qreypfrut kimi meyvələrin motivlərilə bəzədilmiş geyimləri nümayiş etdirib.

  Dəfilə qonaqlar tərəfindən çox maraqla izlənilib.

  Podiumda sonda bir manekenin üzərində Türkiyə bayrağını əks etdirən ay-ulduzlu paltar isə gələnlər tərəfindən daha böyük alqış qazanıb.  

  Mersində bu il 6-cı dəfə keçirilən Beynəlxalq Sitrus Festivalına 30 ölkədən gələn müğənni və iştirakçılar milli paltarlarıyla çıxış ediblər.

  Türkiyə ilə yanaşı, aralarında Rusiya, Bolqarıstan, Kamerun, Qırğızıstan, Gürcüstan, Azərbaycan, Tatarıstan, Moldova, Hindistan, Bosniya və Herseqovinanın da olduğu 30 müxtəlif ölkənin sirk artistləri 16-17 noyabr tarixləri arasında təşkil olunan festival üçün gəldikləri şəhərdə həm də Erdemli qəsəbədindəki sitrus bağlarını gəzib, Türkiyənin sitrus istehsalı haqqında məlumat alıb.

  Qruplar halında parklarda portağal, limon və naringi dərən sənətçilər topladıqları məhsulları paket və səbətlərə doldurub, bol-bol fotoşəkil çəkdirib, topladıqları meyvələrin dadına baxıblar.



Әlaqәli Xәbәrlәr