Yanğında ulduzların da evləri yandı

ABŞ-ın Kaliforniya ştatında davam edən yanğının ziyan vurduğu insanlar arasında dünya şöhrətli ulduzlar da var.

1086232
Yanğında ulduzların da evləri yandı

ABŞ-ın Kaliforniya ştatında davam edən yanğının ziyan vurduğu insanlar arasında dünya şöhrətli ulduzlar da var.

Ştatın cənub bölgəsində davam edən yanğında evinə ziyan deyən, tamamilə yanan yaxud yanğına görə evini tərk etmək məcburiyyətində qalan məşhurlar arasında oyunçu Scokk Baio, rejissor Guillermo del Toro, şov dünyasının ulduzu Kim Kardaşyan , oyunçu Alyssa Milano və Rain Vilson kimi adlar yer tutur.

Malibuda evi olan bir çox ulduzlar yanğınla bağlı sosial şəbəkələrdə son vəziyyət haqqında paylaşım edir. Artıq Kim Kardaşyan və Lady Qaqa kimi məşhurların Malibudakı evini tərk etdikləri bildirilir. Teleulduz Keytlin Cennerin evi isə yanaraq külə dönüb.

Tanınmış model Bella Hadid məktəbinin necə yandığını sosial şəbəkədə paylaşıb.

Yanğınla mübarizə tam gücü ilə davam etsə də, hələlik heç bir nəticə əldə edilməyib və yayılan son xəbərə görə ölənlərin sayı 31 nəfərə çatıb.


Etiketlәr: #yanğın , #Kaliforniya

Әlaqәli Xәbәrlәr