Yanlış informasiya stendi

Kolumbiya Universiteti Jurnalistika fakültəsi tərəfindən dərc olunan və professional jurnalistlərə də müxtəlif baxış bucaqları gətirən “Colombia Journalism Review” jurnalı bir ilkə imza atdı.

1079174
Yanlış informasiya stendi

  Amerika Birləşmiş Ştatlarında “Colombia Journalism Review” (CJR) Kolumbiya jurnalistlərinin xülasəsi” jurnalı saxta məlumatlara diqqəti çəkmək üçün başladığı layihə çərçivəsində Nyu Yorkun mühüm məkanlarından biri olan Bryant parkında stend açdı.

  ABŞ-da son günlər ölkə prezidenti Donald Tramp və CNN kimi müxalif mətbuat orqanları arasında "saxta xəbər" mübahisələri getdiyi bir zaman Kolumbiya Universiteti Jurnalistika fakültəsi tərəfindən dərc olunan və professional jurnalistlərə də müxtəlif baxış bucaqları gətirən “Colombia Journalism Review” jurnalı bir ilkə imza atdı.

  Jurnal Manhettanın Bryant parkındakı bir qəzet stendində internetdən yayılan yalan və ya yanlış xəbərlərin əks olunduğu materialları nümayiş etdirib.

  Xəbərçilikdə doğruluq, etibarlılıq və bunun tərsi olan yalan xəbərlərə diqqəti çəkmək üçün hazırlanan layihəyə "Yanlış informasiya stendi” (Misinformation Stend) adı verilib.

  “Colombia Journalism Review” jurnalının baş redaktoru Kayl Popa (Kyle Popa) bu barədə deyib:

  “İnsanlar informasiya mənbələrinə diqqət etməli və internetdə yayılan hər məlumatın etibarlı olmadığını bilməlidir. Bu layihəni bu məqsədlə hazırladıq. İnternetdə ən çox oxunan yalan xəbərləri müəyyən etdik və bunları çap edərək real həyata daşıdıq.

  Eyni zamanda, yalan xəbərləri necə müəyyən edə biləcəyiniz barədə də bəzi məlumatları təqdim etmişik. Buna görə məlumatların hansının doğru, hansının yalan olduğunu ayırd edə bilirsiniz. Beləliklə, insanlar internetdə gördüklərini əllərinə alıb oxuyanda əslində bu xəbərlərin nə qədər absurd və gülünc olduğunu görür. Bundan sonra insanların oxuduqları xəbərlərə inanıb-inanmaması artıq öz ixtiyarlarındadır.

  Təəssüf ki, get-gedə həqiqi jurnalistlərin verdiyi xəbərlər daha az diqqət çəkir və bu, əslində bir böhrandır.”

  Stendə qoyulan, yalan xəbərlərin dərc olunduğu qəzet və broşürlər pulsuz paylanılıb.



Әlaqәli Xәbәrlәr