Turistlər Ədirnədəki balıq bazarına baş çəkmədən getmirlər

Türkiyənin Ədirnə şəhərinə alış-veriş etmək üçün Yunanıstan və Bolqarıstandan bir günlük gələn turistlərin çoxu balıq bazarına baş çəkmədən evlərinə dönmürlər.

1078317
Turistlər Ədirnədəki balıq bazarına baş çəkmədən getmirlər

Türkiyənin sərhəd şəhəri olan Ədirnəyə gələn turistlər geyim və market alış-verişindən sonra balıq bazarına da gedirlər.

Həm balıqların müxtəlifliyi, həm də satıcıların üzügülərliiyi ilə qarşılaşan turistlər dəzgahlara düzülən təzə balıqlardan almadan ölkələrinə geri qayıtmırlar.

Yunan və bolqar turistlər xüsusilə, palamut balığına üstünlük verirlər.

Turistlər ölkələrində belə təzə və fərqli növdə balıqların çətin tapıldığını, bu səbəbdən Ədirnəyə bir günlük gəldikləri zaman balıq almadan ölkələrinə dönmədiklərini söyləyirlər.

Turistlər Ədirnədə balıq qiymətlərinin olduqca ucuz olduğunu da bildirirlər.

 

 

 



Әlaqәli Xәbәrlәr