Suyun altında Türkiyə bayrağını açdılar

Bu görüntülər insanlara böyük sevgi və həyəcan yaşatdı.

1077672
Suyun altında Türkiyə bayrağını açdılar

  Türkiyənin İzmir rayonu Kuşadası qəsəbəsində bir qrup dalğıc 29 Oktyabr Respublika Bayramı münasibətilə suyun altında Türkiyə bayrağını açdı və görüntülər insanlara böyük sevgi və həyəcan yaşatdı. 

  Antalyanın Aralıq dənizi Universiteti Sualtı İcmasının (Akdeniz Üniversitesi Sualtı Topluluğu) üzvü olan tələbələr 29 Oktyabr Cümhuriyyət Bayramını dənizdə Türkiyə bayrağı açaraq təbrik edib.

  Antalyanın Aralıq dənizi Universiteti Su Məhsulları (Akdeniz Üniversitesi Su Ürünleri) fakültəsinin müəllimi Mehmet Gökoğlunun başçılığı ilə Antalya Yat Limanında toplanan 20 universitet tələbəsi hazırlıqlarını görüb dənizə girdi.

  Yat limanında 54 kvadratmetrlik Türkiyə bayrağını açan tələbələri izləyən vətəndaşlar cib telefonları ilə sahildən görüntü almağa çalışdı.



Әlaqәli Xәbәrlәr