Polislərə təlimat verildi: “Az gülümsəyin”

Hindistan hava limanlarındakı polis məmurlarına az gülümsəmələri üçün təlimat verildi.

1066232
Polislərə təlimat verildi: “Az gülümsəyin”

   “İndian Express” qəzetində yazılana görə, sərnişinlərə qarşı çox gülərüzlü olmaq hava limanlarındakı təhlükəsizlik tədbirlərinin möhkəm olmadığı təsəvvürünü yaratdığı üçün belə qərara gəlinib.

  Hindistan hava limanlarındakı təhlükəsizlikdən məsul CİSF Polis Xidmətinin baş direktoru Raceş Rancan (Rajesh Ranjan) deyib:

  “Sərnişinlərə qarşı həddindən artıq dostcasına yanaşmaq olmaz. 11 Sentyabr hücumları ilə nəticələnən təyyarəqaçırma hadisələrində ABŞ-ın təhlükəsizlik personalının hava limanlarındakı nəzakətli hərəkəti də rol oynayıb.”

  Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarına Taliban tərəfindən 2001-ci ilin 11 sentyabrında qaçırılan təyyarələrlə həyata keçirilən hücumlarda ən az 3 min adam ölmüşdü.



Әlaqәli Xәbәrlәr