"Təbiət abidəsi" Bartin

Yaşıl və mavi, güney və quzey harmoniyalı Bartin şəhərindəki Güzelcehisar lava sütunları görənləri heyran edir.

1058028
"Təbiət abidəsi" Bartin
guzelcehisar-bartin_01.jpg
guzelcehisar-bartin_02.jpg
guzelcehisar-bartin_03.jpg
guzelcehisar-bartin_04.jpg
guzelcehisar-bartin_05.jpg
guzelcehisar-bartin_06.jpg

  Yaşıl və mavi, güney və quzey harmoniyalı Bartin şəhərindəki Güzelcehisar lava sütunları görənləri heyran edir.

  Güzelcehisar sahilində vulkanlardan axan lavanın soyuyub kristallaşması nəticəsində 80 milyon il əvvəl yaranan bu yeri cazəbədar və insanlara rahat edən taxta gəzinti yolları, seyr eyvanı və liman mənzərəsi 4 ay əvvəldən təxminən 40 min turistin bura gəlməsinə səbəb olub.  

  Şimali İrlandiya, Şotlandiya və Kaliforniadan sonra Türkiyədə Bartində olan lava sütunlarını turizm üçün əlverişli vəziyyətə salmaq üçün "Bartin rayonu Güzelcehisar lava sütunları və sahilinin turizm və rekreasiya məqsədli landşaft tətbiqi layihəsi"nin ilkin mərhələsi 4 ay əvvəl fəaliyyətə başlayıb. Layihə çərçivəsində hazırlanan taxta gəzinti yolları, seyr eyvanı və limana uzanan lava sütunları gələnlərə təbiətlə tarixin iç-içə keçdiyi atmosferdə gözoxşayan mənzərə yaradır.

  Milyonlarla illik keçmişə söykənən lava sütunlarının yerləşdiyi sahə ötən il Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən "Təbiət abidəsi" elan edilib.



Әlaqәli Xәbәrlәr