Midyat rayonunda "BMT kimi" bir məktəb

Mardin şəhərinin Midyat rayonundakı bir məktəbin şagirdlərinin yer aldığı siyahı eynilə BMT-dir.

1049620
Midyat rayonunda "BMT kimi" bir məktəb

Mardin şəhərinin Midyat rayonundakı bir məktəbin şagirdlərinin yer aldığı siyahı eynilə BMT-dir.

4 etnik qrupdan şagirdlərin yer aldığı siyahı üçün sosial şəbəkə istifadəçiləri bunları yazıb: “Rənglər, dillər, dinlər birliktə gözəl günlərə…”, “İnancların mozaikası Midyat”, “Mədəniyyətlər beşiyi dediklərinin sübutudur…”

“Milliyət” qəzetində yer tutan xəbərə görə, dünən sosial şəbəkədə “Midyatda bir sinif” başlığı ilə çatdırılan siyahı rəğbətlə qarşılandı.

Siyahıda Süryani adları Barbara, Filipos, Kristina, Ninva və Aleks, Kürtcə adlar Besse, Siyament, Ziğayra, Şilan və Rojda, Ərəbcə mənşəli Əlif və Rahmətullah ilə bəzi Türkcə adlar yer tutub.

Siyahıdakı şagirdlərin təhsil aldığı Mustafa Kamal iptidai məktəbin müdiri Murat Atasevər illərdir fərqli dil və dinlərdən şagirdlərin birliktə tolerantlık içində təhsil aldığını söyləyib: “Siniflərdəki çox mədəniyyətlilik rəngli bir tablo ortaya qoyur. Bizim məktəbdə hazırda 100-ə yaxın şagird var. Türk, Kürd, Ərəb və Süryani mənşəli şagirdlər illərdir Midyatda eyni sinifdə oxuyur. Midyat tolerantlıq, çox mədəniyyətlilik və qardaşlıq şəhəridir. Biz onların zəng səsinə, onlar bizim azan səsimizə öyrəşib”.

“Mor Gabriel Vəqfi”nin sədri Kuryakos Ərgün isə illərdir Türk, Kürd, Ərəb və Süryani şagirdlərin eyni siniflərdə təhsil aldığını bildirərək, “İndiyədək hər hansı problem yaşamadıq” deyə söyləyib.



Әlaqәli Xәbәrlәr