Yaponiya qocalır

Yaponiyada 70 yaşlarındakılar əhalinin 20 faizini təşkil edirlər.

1050565
Yaponiya qocalır

Yaponiyanın Kyodo agentliyinin Yaponiya Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən yaydığı xəbərdə ölkədə 70 və daha çox yaşı olan insanların sayının 26,18 milyona çatdığı və bu qrupun əhalinin 20,7 %-ni təşkil etdiyi bildirilir.

Getdikcə qocalan ölkədə bu nisbət ötən il 19,9 % olaraq müəyyənləşdirilmişdi.

Göstəricilərə ölkədəki 65 və yuxarı yaşda olan qadın və kişilərin ümumi sayının bir il əvvələ görə 440 min nəfər artaraq, 35,57 milyona yüksəldiyini və bütün əhalinin 28,1%-ni  təşkil etdiyini ortaya qoyub.

 Yaponiyada 65 və yuxarı yaşda olan qadın sayının da ilk dəfə 20 milyonu keçdiyi qeyd edilir.

Ölkədə 65 və yuxarı yaşdakı 20,12 milyon qadın bütün qadınların 31%-ni təşkil edir.



Әlaqәli Xәbәrlәr