Rus xalqının Türkiyə sevgisi

İstirahətlərini əsasən Aralıq dənizi bölgəsində keçirməyə üstünlük verən rus xalqının 2018-ci ildə ən populyar tətil məkanı uyqun qiymətləri və imkanları ilə Türkiyədir.

1033667
Rus xalqının Türkiyə sevgisi

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ərsoy bu il Türkiyəyə 6 milyon rusiyalı turistin gəldiyini və bu mənada yeni bir rekordun əldə ediləcəyini bildirdi.

Rusiya Tur Operatorları Birliyi də ilin ilk yarısında Rusiyadan Türkiyəyə turist səfərlərinin keçən illə müqayisədə 50% artdığını açıqladı.

Ruslar Türkiyə ilə əlaqədar fikirlərini Rusiyanın paytaxtı Moskvada böyük marağa səbəb olan "Türkiyə Festivalı" çərçivəsində dilə gətirdilər.

Moskvada universitet tələbəsi olan Alesya Mironova Türkiyə Festivalına Türk mədəniyyətini tanımaq üçün gəldiyini bildirərək: "Çünki gələn il Türkiyəyə getmək istəyirəm. Türk mətbəxini xüsusilə çox sevirəm. Türkiyə deyincə, ağlıma dəniz, Türk şirniyyatları və gözəl qiyafətlər gəlir" dedi.

Moskvalı Aleksandr Kuzmin ailəsi ilə birlikdə İzmirdə istirahət etdiklərini qeyd edərək: "Həqiqətən, möhtəşəm idi. İstanbul və Kapadokyanı da görmək istəyirik. Türkiyəyə yenidən səyahət etməyi səbirsizliklə gözləyirik" dedi. 

Moskva Yunus Əmrə İnstitutunun müdir vəkili Fərhad Tamkoç isə Türk mədəniyyətinə və dilinə Rusiyada böyük bir maraq olduğunu bildirərək: "Rus vətəndaşları Türk dili kurslarımızla maraqlanırlar. Sentyabrdan etibarən ildə 4-5 dövr olaraq Türk dili kursları keçirməyi planlaşdırırıq. Türk seriallarına da Rusiyada maraq böyükdür" dedi.

 

 

 

 


Etiketlәr: #rus xalqı , #Türkiyə , #sevgi

Әlaqәli Xәbәrlәr