Min dolları lirəyə dəyişənə 3 günlük pulsuz istirahət

Adananın Pozantı rayonundakı oteldə dövlət banklarında min dolları lirəyə çevirərək ödəniş tapşırığını gətirənə 3 günlük pulsuz istirahət imkanı veriləcək.

1031100
Min dolları lirəyə dəyişənə 3 günlük pulsuz istirahət
pozanti.jpg

 Toros dağlarında təbiətlə iç-içə olan 200 yataqlı otelin sahibi Sürəyya Kayar verdiyi açıqlamada Türkiyəni çətin vəziyyətdə qoymaq istəyənlərə qarşı hər vətəndaşın üzərinə düşən vəzifələr olduğunu dedi.
 
 Valyuta məzənnələrindəki dinamikanın xarici qüvvələrin oyunlarının nəticəsi olduğunu ifadə edən Kayar prezident Rəcəb Tayyib Ərdoğanın dollarların lirəyə dəyişdirilməsi  çağırışına dəstək vermək üçün kampaniyaya başladıqlarını qeyd etdi.
 
 Bu çərçivədə min dollar dəyişənə pulsuz istirahət imkanı yaradacaqlarını bildirən Kayar: "Bu ayın sonuna qədər dövlət banklarında min dollar dəyişərək ödəniş tapşırığını gətirənə otelimizdə 3 günlük pulsuz istirahət imkanı yaradacağıq" dedi.
 
Kayar kampaniyanın müddətinin bir il olduğunu vurğruladı.



Әlaqәli Xәbәrlәr