Yeni Zellandiyada plastik torbalardan istifadə qadağan olunacaq

Yeni Zellandiyada gələn ildən etibarən plastik torbalardan istifadəyə qadağa qoyulacaq.

1029865
Yeni Zellandiyada plastik torbalardan istifadə qadağan olunacaq

Yeni Zellandiyada gələn ildən etibarən plastik torbalardan istifadəyə qadağa qoyulacaq.

Yeni Zellandiyanın Baş naziri Jacinda Ardern ölkədə hər il yüz milyonlarla plastik torbadan istifadə olunduğunu qeyd edərək, iyul ayından etibarən plastik torbaların qadağan olunacağını bildirdi.

İki böyük supermarket zənciri isə plastik torbalardan istifadəni mərhələli olaraq azaldaraq ilin sonunda tamamilə dayandırmağı planlaşdırdıqlarını bildirdi.

Daha əvvəl Fransa, Belçika, Çin, Havay adaları, Keniya və Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatı plastik torbalardan istifadəni məhdudlaşdırmış, və ya qadağan etmişdi.

Dünya miqyasında hər il təxminən 1 trilyon plastik torba istifadə olunur və bunların 10%-dən azı təkrar emal olunur.

 



Әlaqәli Xәbәrlәr