Hindistan məktəblərində xoşbəxtlik dərsləri tədris olunmağa başladı

Hindistanın ən böyük ikinci metropolu Dehlidə mindən çox məktəbdə tədris planına xoşbəxtlik dərsləri daxil edildi.

1015218
Hindistan məktəblərində xoşbəxtlik dərsləri tədris olunmağa başladı

Hindistanın ən böyük ikinci metropolu Dehlidə mindən çox məktəbdə tədris planına xoşbəxtlik dərsləri daxil edildi.

Dehli Təhsil naziri Maniş Sisodianın layihəsi olan xoşbəxtlik dərsləri bu həftədən etibarən  hər gün 30-45 dəqiqə müddətində tədris olunur.

Şagirdlər proqram çərçivəsində uşaq bağçası dövrü- 2-ci sinif , 3 - 5-ci siniflər və  6- 8-ci siniflər olmaqla 3 qrupa bölünürlər.
 
 Xoşbəxtlik dərslərində şagirdlərə test və ya tapşırıq verilməyəcək, onların müvəffəqiyyət səviyyələri qiymətləndirilməyəcək.
 
 Dərslərdə emosional və ruhi tələbatlar üzərində mərkəzləşən hekayələrin oxunması və meditasiya vasitəsilə emosional intellektin inkişaf etdirilməsi məqsədi güdülür.
 
 Xoşbəxtlik dərslərinin, uşaq və gənclərin depressiya, stress və narahatlıq pozuntularının öhdəsindən gəlməsində faydalı olacağına ümid edilir.
 
Fərqindəlik, dəyərlərə əsaslanan fəaliyyətlər və özünü ifadə etmək xoşbəxtlik dərslərini keçən müəllimlərin mərkəzləşəcəkləri əsas mövzular olacaq.
 
 Dehli əyalət rəhbərliyinin yaratdığı xoşbəxtlik komitəsinin 200 əməkdaşı dərslərə nəzarət edəcək.
 
 Dünya Səhiyyə Təşkilatına görə, Hindistanda 13 -15 yaşlarındakı hər 4 uşaqdan biri depressiya ilə mübarizə aparır.
 



Әlaqәli Xәbәrlәr