Dünyanın ən qədim çörəyinin resepti tapıldı
Dünyanın ən qədim çörəyi İordaniyanın "Qara səhra" adlanan ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanıb
Dünyanın ən qədim çörəyi İordaniyanın "Qara səhra" adlanan ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanıb. Bunadək ən qədim çörək bişirilmə yeri Türkiyənin Çatalhöyük arxeoloji mərkəzi sayılırdı və tarixi 9 min il əvvələ gedib çıxırdı.
Hər birinin içində böyük dairə şəklində daş sobaların olduğu iki bina kəşf edən tədqiqatçılar hər iki binada yanmış çörək qırıntıları tapıblar. Mikroskopla baxıldıqda 5,7 millimetr uzunluğunda, 4,4 millimetr enində, 2,5 millimetr qalınlıqda çörək nümunələrində əzmə, ələmə, yoğurma kimi fəaliyyət izləri aşkarlanıb.
Mayasız bişirilən qədim çörəyi laboratoriya şəraitində yenidən istehsal etməyi sınayan tədqiqatçılar çörəyin dadının hazırda istehlak olunan çox taxıllı çörəyə oxşadığını deyirlər.
Əcdadlarımız fətir şəklində bişirilən çörəyi ətə sarıb yeyirlərmiş.
İngiltərənin London Universitet Kollecinin professoru Dorian Fuller:"Bunun fərqli məhsulların qarışdırılması ilə meydana gələn bir qida kimi əlimizdə olan ən qədim sübut olduğunu deyə bilərik. Fətirləri olub, ceyran qovurmaları olub. Bunlar o vaxtlar yeməklərdə istifadə olunan şeylərdir” dedi.
Әlaqәli Xәbәrlәr

Türkiyenin Van şəhərindəki pişik bağçasına turist axışır
Türkiyenin Van şəhərinə gələn turistlər ilk olaraq Van Pişik Bağçasını ziyarət edirlər.