Norveç dalğıcları göldən 500 illik qılınclar tapdılar

Norveçli dalğıclar Miro Bariç (Miro Baricic) ilə Knut Erik Qılder (Knut Erik Gylder) batmış gəmi axtarmaq üçün daldıqları gölün dərinliyindən 16-cı əsrdən qalma qılınc çıxarıblar.

1006644
Norveç dalğıcları göldən 500 illik qılınclar tapdılar

  Norveçdə dalğıclar ölkənin ən böyük gölü Myose (Mjosa) sularına daldığı zaman 500 illik qılınclar tapdılar.

  Norveçli dalğıclar Miro Bariç (Miro Baricic) ilə Knut Erik Qılder (Knut Erik Gylder) batmış gəmi axtarmaq üçün daldıqları gölün dərinliyindən 16-cı əsrdən qalma qılınc çıxarıblar. Sular altında əsasən tullantılarla qarşılaşdıqlarını bildirən Qılder tarixi döyüş qılıncını dalğıc yoldaşı Bariçin tapdığını deyib.

  Dalğıclar qılıncı Myose Muzeyinə veriblər.

  Muzeyin direktoru Yulsrud Berq (Julsrud Berg) qılıncın həqiqətən 500 il əvvələ aid olduğuna dair dəlillər söyləyib: “Bu cür iki əlli qılınclar 16-cı əsrdə Avropadakı müharibələrdə geniş istifadə edilib. Qılınclar simvolik məqsədlərlə də istifadə edilmiş ola bilər. Amma qılıncların itiliyini hələ də qalır. Bunları sonra Oslo Mədəniyyət Tarixi Muzeyi, sonra da Norveç Dənizçilik Muzeyinə göndərəcəyik”.



Әlaqәli Xәbәrlәr