Çində sel fəlakətində panda balası çayda boğuldu

Nəsli kəsilməkdə olan pandalar Çinin şimal Siçuan, cənub Qansu və Şaanxi əyalətlərinin dağlıq bölgələrində yaşayır.

1006140
Çində sel fəlakətində panda balası çayda boğuldu

Çində bir panda balası sel fəlakətində qaçmağa cəhd edərkən düşdüyü çayda boğuldu.

Siçuan əyalətindəki təbii həyatı qoruma mərkəzindəki çayda 15 kq çəkisində ölü panda balası tapılıb.

Bölgədə bir həftədir təsirli olan yağışın səbəb olduğu sel fəlakətindən qaçmağa cəhd edən pandanın çaya düşərək boğulduğu bildirilib.

Pandanın olduğu mərkəzdə yeni ölüm hallarının qarşısının alınması üçün tədbirlər görülüb.

Qeyd edək ki, nəsli kəsilməkdə olan pandalar Çinin şimal Siçuan, cənub Qansu və Şaanxi əyalətlərinin dağlıq bölgələrində yaşayır.

Dünyada sadəcə 1900 panda qaldığı güman edilir.

Çində son günlər yağan güclü yağışlara görə yaranan sel fəlakətində 16 nəfər həyatını itirdikdə 92 min nəfər təhlükəsiz bölgələrə aparıldı.


Etiketlәr: #panda , #sel fəlakəti

Әlaqәli Xәbәrlәr