Amerikalı dizayner Keyt Speyd Nyu-Yorkdakı evində ölü tapılıb

Polis rəsmiləri bildirirlər ki, 55 yaşlı Spade Nyu-Yorkda öz evində asılmış vəziyyətdə tapılıb.

986997
Amerikalı dizayner Keyt Speyd Nyu-Yorkdakı evində ölü tapılıb

55 yaşlı K.Speydin ölümündən qabaq yazdığı məktubu aşkarlanıb. Ancaq məktubun mətni hələlik açıqlanmır. Hadisə ilə əlaqəli istintaq davam edir.

Keyt Speyd “Kate Spade New York” brendinin təsisçisi olub. Moda evi əsasən qadın çantası, geyim və aksessuarların istehsalı üzrə ixtisaslaşır. K.Speyd 2016-cı ildə “Frances Valentine” yeni brendini yaradıb.

 



Әlaqәli Xәbәrlәr