Yuxusuzluq iqtisadi inkişafı da ləngidirmiş

Yetərsiz yatmaq artıq dünyada hər üç yeniyetmədən birində var və bu, iqtisadi itkilərə səbəb olurmuş.

985711
Yuxusuzluq iqtisadi inkişafı da ləngidirmiş

  Oksord (Oxford) Universitetinin "Sleep" jurnalında çıxan yazı yeni araşdırmanı ortaya qoyub. Bu çalışma yetersiz yuxunun böyüklər arasında getdikcə artdığını və bu şikayətin əvvəlki illərə nisbətən bir çox Qərb ölkəsində 20-30 faiz artdığını göstərir.

  Araşdırmada yetərsiz yuxudan şikayət edən yaşlıların nisbəti avstraliyalılar arasında 33-45, ABŞ-lılar arasında 35, kanadalılar arasında 30 faiz artdığı təyin olunub. Bu rəqəm İngiltərədə 37, Sinqapurda 28, Fransada isə 26 faiz olaraq qeydə alınıb.

  Kifayət qədər yata bilməmənin iqtisadi nəticələr doğurduğuna diqqət çəkən araşdırmada tədqiqatçılar yerli sorğular və informasiya bazalarından əldə etdikləri məlumatları qiymətləndirib. Tədqiqatda nümunə olaraq göstərilən Avstraliyada kifayət qədər yatmamaqla bağlı təxmini ümumi maliyyə vəsaitin 17,88 milyard dollar olduğu və bu məbləğin Avstraliyanın ölkəiçi ümumi məhsulunun 1,55 faiz təşkil etdiyi bildirilib. Araşdırmaya görə, qeyri-kafi yuxu idarəetmə, başqarışıqlığı, əsəbilik, yaddaş itkisi, xətalı məlumatvermə kimi problemlər, ruhdandüşmə (motivasiya azlığı), rabitə pozuqluğu, ürək ağrıları, iflic, hipertoniya, köklük, şəkər və depressiya riskini artırır.



Әlaqәli Xәbәrlәr