Xəbərdarlıq çubuqları piyadalara su püskürdür

Çində yol lampalarının yanlarına yerləşdirilən xəbərdarlıq çubuqları qaydalara riayət etməyən piyadalara su püskürdür.

958663
Xəbərdarlıq çubuqları piyadalara su püskürdür

  Daye şəhərində qırmızı işıqda keçən piyadalara qarşı maraqlı bir tədbir görüldü. Daşın lampalarının yanlarına yerləşdirilən xəbərdarlıq çubuqları yaşıl işıq yanmadan qarşıya keçməyə cəhd edən piyadaları “danışaraq” xəbərdar edir. Xəbərdarlığa qulaq asmayaraq qarşıya keçməyə cəhd edənlərə isə su püskürdür.

  Daye şəhərindəki bu orijinal tətbiq Çin üçün bir ilk deyil. Şengen şəhərində də yaşıl işıq yanmadan yolu keçməyə çalışan piyadaların fotoları çəkilərək, nəhəng erkranda göstərilir.

  Ölkəyə 200.000 dollara başa gələn su püskürtmə çubuqları ilə yanaşı lazer sisteminin tətbiq olunduğu üsullar da var: qarşıdan qarşıya keçənləri lazer işıqları xəbərdar edir.



Әlaqәli Xәbәrlәr