Nadir yapışqan tikiş qoyulmasını birdəfəlik aradan qaldıracaq

Tədqiqatçılar toxumanın hər hansı zədəsini bir neçə saniyə ərzində sağalda bilən nadir maddə təqdim ediblər. Söhbət tikişlərin qoyulmasını tam əvəzləmək qabiliyyəti olan, “MeTro” adlanan yeni cərrahi yapışqandan gedir.

944440
Nadir yapışqan tikiş qoyulmasını birdəfəlik aradan qaldıracaq

Tədqiqatçılar toxumanın hər hansı zədəsini bir neçə saniyə ərzində sağalda bilən nadir maddə təqdim ediblər. Söhbət tikişlərin qoyulmasını tam əvəzləmək qabiliyyəti olan, “MeTro” adlanan yeni cərrahi yapışqandan gedir. Bu, Sidney Universiteti ilə ABŞ-dan olan alimlərin birgə əməyinin məhsuludur.

Məlumata görə, yeni yapışqan yüksək elastikliyi ilə fərqlənir. Bu da həmin maddənin canlı toxumanın dəyişikliyinə uyğunlaşmasına və yaranın açılmamasına zəmanət verir. “MeTro”dan daxili zədələr zamanı da istifadə etmək mümkündür, yəni maye mühit bu yapışqana mane olmur. Yapışqan ultrabənövşəyi şüaların köməyi ilə 60 saniyə ərzində yaranı “möhürləyir”. Yapışqanın tərkibindəki parçalanan enzimi isə yapışdırma təsirinin müddətini modifikasiya etməklə dəyişmək mümkündür. Yapışqanın təsir müddəti bir neçə saatdan bir neçə aya qədərdir.

Vasitə duru şəkildə hər hansı yaraya yeridilir və boşluqları tez doldurur, arteriyaları, yırtılmış ağciyərləri “möhürləyir”. Yapışqanın təsirliliyi gəmirici və donuzların üzərində yoxlanılıb. Bu vasitənin insanlar üzərində sınanılması gözlənilir.

 

 

Mənbə: Azərtac



Әlaqәli Xәbәrlәr