Bölgədəki insanların taleyini dəyişən səyyah Sevdə Sevan Usak

Quraqlığın hökm sürdüyü bölgədəki quyulardan çıxarılan təmiz su bölgənin taleyini dəyişdi.

929496
Bölgədəki insanların taleyini dəyişən səyyah Sevdə Sevan Usak

Gəzməyi sevən fotoqraf Sevde Sevan Usak 5 il əvvəl getdiyi Tanzaniya Masaidə qazdırdığı su quyuları və bağça işlərilə bölgədəki insanların taleyini dəyişdi.

İstanbulda yaşayan 48 yaşındakı Sevde Sevan Usak həyatını şəkil çəkməyə həsr edib.

Gəzdiyi 74 ölkədə çəkdiyi insan və təbiət şəkillərilə qəzet və jurnallara səyahət yazıları hazırlayan Usak həyatının eşqini 5 il əvvəl səfər etdiyi Tanzaniyada tapdığını deyir.

Ölkənin Masai bölgəsində əkin və heyvandarlıq işlərilə məşğul olan Fabio Sumaili Saita ilə tanış olan Usak ilk gördüyü anda aşiq olduğu Saita ilə evlənməyə qərar verib.

O, beş ildir xoşbəxt yaşadığını deyir. İlin bir hissəsini həyat yoldaşının yaşadığı Masaidə keçirən Usak Türkiyədə uşaqlar üçün kitablar çapdan buraxan agentliyin idarə işlərinə baxır.

“Ağ masaili” könülləri fəth etdi

Usak yoldaşı ilə yaşadığı Masai bölgəsində insanların çətin həyatına şahidlik etdi. Elektirik enerji və suyun olmadığı yerdə Türkiyədəki qeyri-hökumət təştilatları ilə əlaqə saxlayan Usak bir ildə 4 dərin quyu qazdırıb xidmətə verdi.

Quraqlığın hökm sürdüyü quyulardan çıxarılan təmiz su bölgənin taleyini dəyişdi. Masailərin kasat mənbələrlə yaşamağa cəhd göstərdiyi Afrikada 15 növ tərəvəz və meyvə yetişdirən Usak qısa müddətdə xalqın sevgisini qazandı.

“White (ağ) masaili” və “Türk gəlin” adıyla tanınmış Usak bölgədə bağça işlərinin inkişafında rəhbərlik etdi. Xeyirxaqlığı ilə yanaşı masaililərlə qurduğu güclü dialoq sayəsində xalqın sevgisini qazanan Usakın adı doğulan uşaqlara qoyulur.

Sosial şəbəkə hesablarındakı paylaşmaları ilə də maraq doğuran və iki min nəfərin yaşadığı Masainin taleyini dəyişən “Ağ gəlin” xeyli sayda mükafata da layiq görülmüşdür.

Mənbə:AA



Әlaqәli Xәbәrlәr