Amerikan futbolunda Türk Hava Yollarının reklamı

THY-nın reklamı dünyanın məşhur markalarının reklamları ilə 52-ci "Super Bowl"da öz yerini tutdu.

903999
Amerikan futbolunda Türk Hava Yollarının reklamı

ABŞ-ın ən böyük idman tədbiri və ən çox baxılan televiziya tədbiri kimi göstərilən Amerikan futbolunun çempionluq mübarizəsi “Super Bowl”da Türk Hava Yollarının (THY) reklamı ekranlara çıxdı.

Amerikan futbolunun çempionluq mübarizəsi “Super Bowl”da “Philadelphia Eagles” qələbə qazandı.

Bu il 52-ci dəfə keçirilən mübarizədə  ABŞ Milli Futbol Liqasında (NFL) normal sezonu 13 qabiliyyət, 3 məğlubiyyətlə öz konfranslarında zirvədə yekunlaşdıran “Philadelphia Eagles” və “New England Patriots” qarşılaşdı.

Fevral 2005-ci ildə oynanan və “Patriots”ın “Eagles”i 24-21 hesabla məğlub etdiyi 39-cu Super Bowl matçının cavabı kimi qəbul edilən müsabiqə böyük mübarizəyə səhnə oldu.

ABŞ televiziya kanalı “NBC” telekanalının matçdan əvvəlki təhlil proqramı Türk Hava Yollarının (THY) sponsorluğunda təqdim olundu.

Matçın ilk rübündə yayımlanan THY reklamında ABŞ-da yaşayan tanınmış cərrah Mehmet Öz də rol alıb.

THY-nın reklamı, beləliklə dünyanın məşhur markalarının reklamları ilə 52-ci "Super Bowl"da öz yerini tutdu.



Әlaqәli Xәbәrlәr