Dünyanın ən böyüalmazı tapılıb
Cənubi Afrika ölkələrindən Lesotoda dünyanın beşinci böyük almazı tapılıb.
889271
40 milyon dollar dəyəri ola biləcək bu qiymətli daşın tapıldığını “Gem Diamonds” mədən şirkəti açıqlayıb.
Şirkət D-rəngli bu daşı Afrikanın cənubunda yerləşən, dənizə çıxışı olmayan ölkədə Letzeng mədənində tapıb. 910 karatlıq brilyantın “müstəsna keyfiyyətli” olduğu qeyd edilir.
Şirkətin rəhbəri Clifford Elphick: “Gem Diamonds Letsengi 2006-cı ildə alandan bəri bu şaxtada dünyanın ən gözəl almazları aşkarlanıb, 603 karatlıq Lesoto Vədi (Lesotho Promise) də onlardan biriydi, Amma bu qeyri-adi, yüksək keyfiyyətli almaz indiyədək aşkarlanan ən böyük daşdır. Buna görə də tarixi tapıntı hesab edilir.