Rusiya Trumpun "tweet"lərini rəsmi açıqlama kimi dəyərləndirir

Kremlin sözçüsü Dimitriy Peskov ABŞ prezidenti D. Trumpın “twitter” hesabından edilən paylaşmaları rəsmi açıqlama kimi dəyərləndirdiklərini söyləyib.

866851
Rusiya Trumpun "tweet"lərini rəsmi açıqlama kimi dəyərləndirir

Kremlin sözçüsü Dimitriy Peskov ABŞ prezidenti D. Trumpın “twitter” hesabından edilən paylaşmaları rəsmi açıqlama kimi dəyərləndirdiklərini söyləyib. twitter

Peskov jurnalistlərə açıqlamasında Rusiya prezidenti V.Putinin “Twitter” həsabının olmadığını xatırladıb.

Putinin “Twitter”dən istifadə etmək istəmədiyini də qeyd edən Peskov bildirib ki, Putin Kremlinin mətbuat xidmətinin işçiləri də daxil olmaqla özgəsinin də onun üçün bu işi görə biləcəyini düşünmür.

“Twitter”dən fəal şəkildə istifadə edən Trumpın ordakı paylaşmaları ilə əlaqəli şərh verməkdən imtina edən Peskov “Ancaq Trumpın rəsmi hesabındakı paylaşmaları rəsmi olaraq dəyərləndiririk və bunlar haqqında Putinə hesabat hazırlayırıq” deyib.

Peskov böşqa ölkələrdəki siyasi xadimlərin “Twitter” paylaşmalarını da rəsmi açıqlama kimi qəbul etdiklərini sözlərinə əlavə edib.  



Әlaqәli Xәbәrlәr